Tələb olunan sənədlər

Qiymətləndirməyə təqdim olunan daşınmaz əmlak, mənzil, fərdi yaşayış evi, torpaq sahəsindən, kommersiya məqsədli (təyinatlı) obyektlərdən ibarət olduqda girov (ipoteka) məqsədilə yerinə yetirilən qiymətləndirmə işləri üçün tələb olunan ən zaruri sənədlər:

  1. Qiymətləndirilən obyekt üzrə mülkiyyət hüquqlarını təstiqləyən sənəd - daşınmaz əmlakın dövlət reyestrindən çıxarış.
    Etimal: bəzi hallarda, kredit təşkilatı, sifarişçi və qiymətləndirici arasındakı razılıqa əsasən - qeydiyyat vəsiqəsi yaxud alqı-satqı müqaviləsi;
  2. Qiymətləndirilən obyektin texniki pasportu;
  3. Qiymətləndirilən obyekt fərdi yaşayış evi olduqda və mülkiyyət hüquqlarını təstiqləyən sənəd qeydiyyat vəsiqəsindən ibarət olduqda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını təstiqləyən sənəd.
    Etimal: bəzi hallarda, kredit təşkilatı, sifarişçi və qiymətləndirici arasındakı razılıqa əsasən - Torpaq və xəritəçəkmə komitəsi tərəfindən verilmiş şəhadətnamə yaxud dövlət aktı, bəzi hallarda torpağın ayrılması sərəncamı, alqı-satqı müqaviləsi;
  4. Qiymətləndirilən obyekt torpaq sahəsindən ibarət olduqda - daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin texniki pasportu ilə birlikdə.
    Etimal: bəzi hallarda, kredit təşkilatı, sifarişçi və qiymətləndirici arasındakı razılıqa əsasən - Torpaq və xəritəçəkmə komitəsi tərəfindən verilmiş şəhadətnamə yaxud dövlət aktı, bəzi hallarda torpağın ayrılması sərəncamı yaxud alqı-satqı müqaviləsi;
  5. Sifarişçinin şəxsiyyətini bildirən sənəd (şəxsiyyət vəsiqəsi, xarici pasport və s.).

Qiymətləndirməyə əmlak kompleksi təqdim edildikdə girov (ipoteka) məqsədilə yerinə yetirilən qiymətləndirmə işləri üçün tələb olunan sənədlər:

  1. Bina və tikililərə, ötürücü qurğulara mülkiyyət hüququnu təstiqləyən sənəd.
  2. Torpaq sahəsinə mülkiyyət hüququnu təstiqləyən sənəd.
  3. Bina və tikililərin, ötürücü qurğularin texniki pasportu (texniki pasportları).
  4. Bina və tikililərin, ötürücü qurğuların inşası üçün lahiyə sənədləşməsi.
  5. Qiymətləndirilən obyektə aid olan mühəndis kommunikasiyalarının (daxili və xarici) icra sxemləri.
  6. Qiymətləndirilən obyektin yaranması və təsərrüfat fəaliyyəti ilə bağlı qısa, lakin ətraflı məlumat.
  7. Qiymətləndirməyə təqdim olunan texnoloji avadanlığa aid texniki sənədləşmə.
  8. Qiymətləndirməyə təqdim olunan texnoloji avadanlığın tədarükünə dair tədarükçü və sifarişçi arasında bağlanmış müqavilə (əgər varsa) və həmin avadanlıq üzrə ödəmə sənədləri (invoys).
  9. Qiymətləndirməyə təqdim olunan əmlak kompleksinin ayrı-ayrı elementlərinin əldə olunma (istismara verilmə) tarixi, ilkin dəyəri, qalıq dəyəri, amortizasiya xərcləri göstərməklə,"Əsas vəsaitlər" hesabından çıxarış.
  10. Qiymətləndirməyə təqdim olunan əmlak kompleksinin inşası yeni başa çatdırıldıqda yaxud inşası başa çatdırılmadıqda yuxarıda qöstərilən sənədlərə əlavə olaraq:
    1. yerli icra hakimiyyəti tərəfindən razılaşdırılmış lahiyə;
    2. inşaat pasportu;
    3. razılaşdırılmış işçi lahiyə;
    4. əmlak kompleksinin istismara verilməsi haqqında Dövlət Komissiyasının Aktı (əmlak kompleksinin inşası başa çatdırıldıqda);
    5. FHN-nin inşa edilən yaxud yeni inşa edilmiş əmlak kompleksinin lahiyə-smeta sənədlərin ekspertizasına dair rəyi tələb oluna bilər.

Yuxarıda sadalanan sənədlər kiçik həcmli olduqda onların təsdiqsiz adi sürətlərini təqdim edilməsi kifayətdir. Böyük formatlı sənədlərin sürəti olduqda həmən sürətin, olmadiqda isə qiymətləndirmə işləri üçün onların orijinalının (ikinci yaxud d. nüsxələrin) təqdim edilməsi kifayət edər.

  • Azəri
  • Русский

Tel./Fax: (994 12) 493 99 30

Mobil: (994 50) 347 91 26

E-mail: info@koneko.az