Şirkət Haqqında

"KONEKO" MMC qiymətləndirmə şirkətinin fəaliyyətə başlaması 2000-ci ilə təsadüf edir.

Fəaliyyətə başladığı andan Şirkət sırf qiymətləndirmə fəaliyyəti və bununla əlaqədar konsaltinq ilə məşqul olmuş və olmaqda davam edir. Eyni zamanda, Şirkətin peşəkar fəaliyyətinin ana xəttini kredit təşkilatlarının sifarişi ilə daşınmaz və daşınan əmlakın qiymətləndirilməsi təşkil edir.

Şirkətin peşəkar fəaliyyəti məsləki müştərilərinə qiymətləndirmə və konsaltinq sahəsində yüksək keyfiyyətli həm ixtisaslaşmış, həm də kompleks xidmətlərin göstərilməsidir.

Şirkət kredit təşkilatlatlarının sifarişi ilə əmlakın və əmlak öhdəliklərinin qiymətləndirilməsini aparır; hüquqi və fiziki şəxslərin istehsal-təsərrüfat və qeyri-istehsal fəaliyyəti nəticəsində dəymiş zərərin dəyərini müəyyən edir, həmçinin hüquqi və fiziki şəxslərin istehsal-təsərrüfat fəaliyyəti nəticəsində yaranmış əmlak mübahisələri zamanı və başqa hallarda ekspert qiymətləndirici kimi iştirak edir. Başqa sözlərlə, fəaliyyətə başladığı andan Şirkət sırf qiymətləndirmə fəaliyyəti ilə məşğul olmuş və olmaqda davam edir.

Şirkət öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını və obyektiv qiymətləndirmə üçün zəmin yaradan Beynəlxalq və Avropa standartlarını və prinsiplərini əldə rəhbar tutur. Şirkətin işində Rusiya Federasiyasının aparıcı ali məktəblərində peşəkar təhsil almış, həm Azərbaycan Respublikasında, həm də MDB dövlətlərində əhəmiyyətli təcrübə qazanmış mütəxəssislər fəaliyyət göstərirlər.

Şirkətin fəaliyyətinin təməl prinsiplərindən biri kimliyindən asılı olmayaraq bütün Sifarişçilərlə maksimum şəffaf münasibətlərin təmin edilməsidir. Şirkət bütün Sifarişçilərə qarşılıqlı münasibətlərin məhz bu cür qurulacağına tam zəmanət verir. Peşəkar fəaliyyətdə əldə rəhbər tutduğumuz düzlük, təmizlik və saflıq şirkətin fəaliyyət göstərdiyi illərdə qazanmış imicinin zamini olmuş və bundan sonrada olacaqdır.

Son beş il ərzində Şirkətin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın, maşın və avadanlığın, nəqliyyat vasitələrinin dəyərinin qiymətləndirilməsi üzrə minlərlə sifariş yerinə yetirmişdir. Milli və xarici subyektlərə, ilk növbədə sahibkarlara qiymətləndirmə və konsaltinq xidmətlərinin qöstərilməsi ilə yanaşı, Şirkət həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən korporativ müştərilərlə də əhəmiyyətli işguzar əməkdaşlıq təcrübəsi qazanmışdır.

Azərbaycan Dövlət ipoteka proqramının həyata keçirilməsinin başlanması ilə əlaqədar Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən seçilmiş müvəkkil qiymətləndirmə şirkətləri sırasına "KONEKO" MMC də daxil edilmişdir. Bu istiqamət üzrə "KONEKO" MMC qiymətləndirmə şirkəti tərəfindən yüzlərlə mənzil, fərdi yaşayış evi, torpaq sahəsi qiymətləndirmişdir ki, bu da şirkətin ictimaiyyət arasında daha da taninmasına xidmət etmişdir. İpoteka məqsədli qiymətləndirmə ilə bağlı vaxtaşırı yaranan suallarla əlaqədar şirkət dəfələrlə AİF-na şifahi və yazılı şəkildə müraciət etmiş və özünün fikirlərini söyləmiş və təkliflərini irəli sürmüşdür.

Qiymətləndirmə və konsaltinq sahəsində peşəkar fəaliyyət göstərdiyi illərdə Şirkətin müştəriləri qismində həm milli, həm də xarici müəssisə və təşkilatlar çıxış etmişdir. Təbii ki, bunlar ilk növbədə kredit təsisatlarıdır ki, onlardan da aşağıdakıların adlarını çekə bilərik.

  • Azərbaycan Beynəlxalq Bankı;
  • Azər Türk Bank;
  • Atabank;
  • Bank Standart;
  • HSBC (fəaliyyət göstərdiyi illərdə);
  • Bank Melli İran;
  • Bank of Baku;
  • Bank Respublika;
  • Nikoilbank;
  • Texnikabank;
  • Debutbank;
  • Royal bank of Baku;
  • Muğanbank;
  • Əmrahbank;
  • Shore Overseas Azerbaijan;
  • Kapitalbank;
  • Bank Turanalem SC Azərbaycan Respublikasındakı Nümayəndəliyi;
  • Paşa Bank;
  • Bank Avrasiya;
  • Bank of Azerbaijan;
  • Azərsığorta;
  • Atəşgah;
  • A-Group;
  • Başak-İnam;
  • MBASK;

Şirkətə qiymətləndirmə xidmətlərinin göstərilməsi ilə əlaqədar qeyri-maliyyə sektorunun da xarici və yerli şirkətləri də müraciət etmiş, onlardan da:

  • BP Exploration Caspian Sea Limited;
  • Schlumberger;
  • Akvamilio Caspian;
  • Bouygues Offshore;
  • Caspian Modular Buildings Ltd;
  • Rosneftegazstroy Azerbaijan LLC;
  • Catermar;
  • Kaspian Telekom MMC;
  • Azər Cot MMC;
  • Oil Elektro LTD;
  • Bakond TTM;
  • Azərkabel ASC;
  • BisMak MMC;
  • Zərin-Gala MMC;
  • Çaşıoğlu Elm-İstehsalat firması;
  • Kaspian Geofizikal MMC;
  • EVRO STYLE Ltd MMC;
  • Siyəzən Kərpic Zavodu QSC;
  • İmproteks MMM;
  • NAB Group of Companies;
  • Caspian Service MMC;
  • Atlant MMC;
  • Bakelektro ATSC;
  • Dübəndi firması;
  • Mətanət A;
  • Tam Qida Sənaye LTD;
  • Toyota-Bakı Mərkəzi MMC;
  • Dəvəçi Broyler ASC;
  • Akkord MMC;
  • Hövsan Quşçuluq MMC;
  • Sumqayıt Aşqarlar ASC;
  • Baku Glass MMC;
  • Bakı Elektroştamp ASC;
  • Bakı Poladtökmə ASC və s. göstərmək olar.

Müxtəlif vaxtlarda dövlət təşkilatlarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Vergilər nazirliyi, İqtisadi İnkişaf Nazirliyinin ayrı-ayrı strukturları, məhkəmə orqanlarının sifarişləri əsasında KONEKO MMC tərəfindən qiymətləndirmə işləri həyata keçirilmişdir.

  • Azəri
  • Русский

Tel./Fax: (994 12) 493 99 30

Mobil: (994 50) 347 91 26

E-mail: info@koneko.az